Türkiyədə keçirilən beynəlxalq təlimdə uçuşlar icra olunub - FOTO
sizinxeber.az xəbər saytı

Türkiyədə keçirilən beynəlxalq təlimdə uçuşlar icra olunub - FOTO


Qardaş Türkiyə Respublikasının Konya şəhərində keçirilən “Anatolian Phoenix - 2025” ("Anadolu Ankası - 2025") beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

APA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə təlimin planına uyğun olaraq keçirilən brifinqdə təlim iştirakçılarına təhlükəsizlik qaydaları, yerinə yetiriləcək tapşırıqlar və onların icra ardıcıllığı, axtarış-xilasetmə tədbirlərinin görüləcəyi ərazinin relyefi və iqlimi ilə bağlı zəruri məlumatlar verilib.
Beynəlxalq təlimdə iştirak edən müxtəlif ölkələrin təyyarələri birlikdə "fil yürüşü" ediblər. Sonra iştirakçılar uçuş tapşırıqlarının yerinə yetiriləcəyi rayonlara baxış keçiriblər.
Həmçinin, ərazi ilə tanışlıq məqsədilə praktiki uçuşlar yerinə yetirilib. Uçuşlar zamanı qarşılıqlı fəaliyyət və rabitə əlaqəsi yoxlanılıb.
Qeyd edək ki, təlim mayın 23-dək davam edəcək.

Oxşar xəbərlər

"Anatolian Phoenix - 2025" beynəlxalq təlimi davam edir
Azərbaycan təyyarələri "Anatolian Phoenix - 2025" beynəlxalq təlimində "fil yürüşü" ediblər
"Anatolian Phoenix - 2025" beynəlxalq təlimi başlayıb - FOTO - VİDEO
Azərbaycan Ordusunun Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək heyətinə baxış keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər