Azərbaycanın hərbi pilotları “Super Muşşak” təyyarələri ilə təlim-məşq uçuşları keçirib - VİDEO
2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya bölmələrində “Super Muşşak” təlim təyyarələri ilə təlim-məşq uçuşları yerinə yetirilib.
Müdafiə Nazirliyindən Sizinxeber.az-ya verilən məlumata görə, uçuş heyətlərinin sağlamlıq vəziyyəti yoxlanıldıqdan və təhlükəsizlik qaydaları elan olunduqdan sonra hərbi pilotlar “Super Muşşak” təlim təyyarələrinə nəzarət baxışı keçiriblər.
Təlimin planına uyğun olaraq, gənc təyyarəçilər havaya qalxma və yerə enmə, müəyyən edilmiş marşrutlar üzrə aviasiya qrupları tərkibində uçuşların icra edilməsi, müxtəlif hündürlüklərdə pilotaj manevrləri və digər təlim tapşırıqlarını uğurla yerinə yetiriblər.
Hərbi pilotlarımızın döyüş hazırlığı və praktiki vərdişlərinin artırılması məqsədilə keçirilən uçuşlar zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.
Oxşar xəbərlər
Hərbi pilotlarımız təlim-məşq uçuşları keçiriblər - VİDEO
Azərbaycan HHQ hücum təyyarələri ilə təlim-məşq uçuşları keçirib - VİDEO
Azərbaycan Ordusunun döyüş təyyarələri təlim-məşq uçuşları icra ediblər - VİDEO
Azərbaycan Ordusunun hücum təyyarələri təlim-məşq uçuşları icra ediblər - VİDEO
Hərbi Hava Qüvvələrinin helikopterləri təlim-məşq uçuşları keçirib - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













