Məhkəmədə Azərbaycanın vaxtilə işğal altındakı ərazilərində Ermənistanda istehsal olunmuş minaların basdırıldığı etiraf edilib
Levon Mnatsakanyan Azərbaycan ərazilərində minaların basdırılması barədə sualları cavablandırıb
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan prokurorun Azərbaycan ərazilərində minaların basdırılması barədə suallarını cavablandırıb.
APA xəbər verir ki, o, işğal olunmuş ərazilərdə piyada və tank əleyhinə minalar basdırdığını bildirib.
Ermənistanda istehsal olunan minalar
L. Mnatsakanyanın sözlərinə görə, ilkin mərhələdə Sovet İttifaqında istehsal olunmuş, sonrakı mərhələdə isə Rusiyadan alınıb Ermənistan vasitəsilə rejimə verilmiş minalar basdırılıb. “Son dövrlərdə Ermənistan Respublikasında da minalar istehsal olunurdu və bizə verilirdi”, - deyə o əlavə edib.
Xatırladaq ki, L.Mnatsakanyan əvvəlki məhkəmə proseslərində qondarma rejimin “ordusu”nun Ermənistan silahlı qüvvələrinin bir hissəsi hesab olunduğunu deyib.
Çoxsaylı cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi sabah davam etdiriləcək.
Oxşar xəbərlər
Məhkəmədə vaxtilə işğaldakı ərazilərdə Ermənistan istehsalı olan minaların basdırıldığı etiraf edilib
Mnatsakanyan: Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb
Levon Mnatsakanyan Azərbaycan ərazilərinin işğalında iştirak etdiyini məhkəmədə təsdiqləyib
Mnatsakanyan: Hər il Ermənistandan 7-8 min çağırışçı Azərbaycanın işğal edilmiş ərazilərində hərbi xidmətə göndərilirdi
Levon Mnatsakanyan Aprel döyüşlərində Ermənistandan aldığı tapşırıqları məhkəmədə açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












