Məhkəmədə vaxtilə işğaldakı ərazilərdə Ermənistan istehsalı olan minaların basdırıldığı etiraf edilib
sizinxeber.az xəbər saytı

Məhkəmədə vaxtilə işğaldakı ərazilərdə Ermənistan istehsalı olan minaların basdırıldığı etiraf edilib


Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan prokurorun Azərbaycan ərazilərində minaların basdırılması barədə suallarını cavablandırıb.

"Sizinxeber.az" xəbər verir ki, o, işğal olunmuş ərazilərdə piyada və tank əleyhinə minalar basdırdığını bildirib.

L.Mnatsakanyanın sözlərinə görə, ilkin mərhələdə Sovet İttifaqında istehsal olunmuş, sonrakı mərhələdə isə Rusiyadan alınıb Ermənistan vasitəsilə rejimə verilmiş minalar basdırılıb. “Son dövrlərdə Ermənistan Respublikasında da minalar istehsal olunurdu və bizə verilirdi”, - deyə o əlavə edib.

Xatırladaq ki, L.Mnatsakanyan əvvəlki məhkəmə proseslərində qondarma rejimin “ordusu”nun Ermənistan silahlı qüvvələrinin bir hissəsi hesab olunduğunu deyib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi sabah davam etdiriləcək.

Oxşar xəbərlər

Manukyan Ermənistanın vaxtilə işğal edilmiş ərazilərdə yaratdığı qondarma rejimin uzaqmənzilli ballistik raketinin olmadığını bildirib
David Babayan: İşğal altındakı ərazilərdə qondarma rejimin “qurumları”nın veb-saytları Ermənistanın “.am” domeni ilə qeydiyyata alınırdı
Levon Mnatsakanyan məhkəmədə Azərbaycanın suveren ərazilərinin işğalında iştirak etdiyini təsdiqləyib
Davit Allahverdiyan Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində becərilən taxılın Ermənistana göndərildiyini etiraf edib
Mnatsakanyan: İşğal edilmiş ərazilərdə hərbi cinayətləri Ermənistanın hərbi polisi və hərbi prokurorluğu araşdırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle