Bir erməni əsgər öldü, 2-si yaralandı – Azərbaycan təkzib etdi
sizinxeber.az xəbər saytı

Bir erməni əsgər öldü, 2-si yaralandı – Azərbaycan təkzib etdi


Ermənistan Müdafiə Nazirliyi guya Azərbaycan Ordusunun açdığı atəş nəticəsində bir hərbçisinin öldüyünü, 2-nin isə yaralandığını bildirib.

Axar.az xəbər verir ki, Ermənistan MN ölən hərbçinin Aram Tiqranpviç Köçəryan olduğunu bildirsə də, yaralananlar haqda məlumat verməyib.

Xatırladaq ki, Azərbaycan MN Ermənistan MN-nin yaydığı məlumatı qəti şəkildə təkzib edərək, atəş açmadığını bildirib.

Əksinə, oktyabrın 2-si saat 17:20-dən 18:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu baxımdan erməni əsgərlər arasında daxili atışma olduğu istisna deyil.

Oxşar xəbərlər

Kəlbəcərdə mövqelərimiz atəşə tutulub
Mövqelərimizə partlayıcı vasitələr atıldı - RƏSMİ
Gədəbəy istiqamətində mövqelərimiz atəşə tutulub - MN
Ermənilər atəş açdı: Şəhidimiz var - Son dəqiqə
Bu gün şəhid olan hərbçimizin - Fotosu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle