Azan əsgərimiz İrəvanda həbs edildi - Bunda ittiham edilir
sizinxeber.az xəbər saytı

Azan əsgərimiz İrəvanda həbs edildi - Bunda ittiham edilir


Ötən gün Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək Ermənistan tərəfə keçən Ruslan Pənahov Ermənistanda həbs edilib.

Axar.az xəbər verir ki, ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 44-155-ci maddəsinin 2-ci hissəsinin 7 və 15-ci bəndləri, 335-ci maddəsinin 1-ci hissəsi, 340-cı maddənin 1-ci hissəsi, 44-425-ci maddəsinin 1-ci hissəsi və 469-cu maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb.

Sözügedən maddələr “təxribata cəhd”, “başqalarının həyatı üçün təhlükəli üsulla adam öldürməyə cəhd”, o cümlədən “milli, dini nifrət, dözümsüzlük və düşmənçilik zəminində adam öldürməyə cəhd”, “qanunsuz olaraq odlu silah və döyüş sursatı gəzdirmə və daşıma, qaçaqmalçılıq yolu ilə odlu silah və döyüş sursatı keçirmə, qanunsuz yolla Ermənistan Respublikasının dövlət sərhədini pozma”nı nəzərdə tutur.

Oxşar xəbərlər

Hərbçimiz Ermənistana keçib? - MN
Saakyan, Qukasyan və İşxanyan belə saxlanıldı - Video
DTX məlumat yaydı: Manukyan həbs edildi
Hipermarketə silahlı hücumda təqsirləndirilən şəxs: "Dolanmaqda çətinlik çəkirdim"
DİN, DTX və Baş Prokurorluqdan Xocavənddəki terror akti ilə bağlı BİRGƏ MƏLUMAT

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle