Qarabağdan “son erməni sakin” çıxdı: Bəs, “liderlər”?
sizinxeber.az xəbər saytı

Qarabağdan “son erməni sakin” çıxdı: Bəs, “liderlər”?


Erməni mediası bu gecə Qarabağdan “son erməni sakinlərin” çıxdığı haqda məlumat yayıb.

Axar.az xəbər verir ki, “Son erməni sakinlər Qarabağdan çıxdı” başlığı ilə paylaşılan məqalələrdə Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, Samvel Şahramanyan və digərləri – separatçı-terrorçu qurumun “deputatları”, o cümlədən Əsgəranda olduğunu bildirib, ünvanını elan edən qatil, azərbaycanlı əsirlərə xüsusi amansızlıqla davranan və onları doğrayan Vitali Balasanyanın adı yoxdur.

Ermənistanın “Hraparak” nəşri isə onların hələ də Qarabağda olduğunu iddia edib.

Maraqlıdır ki, “Son erməni sakin də Qarabağdan çıxdı” yazan erməni mediası da bu terrorçu-separatçıları “sakin” hesab etmir.

Oxşar xəbərlər

Şahramanyan da saxlanıldı? - Erməni KİV
Saakyan, Qukasyan, Arutyunyan Ermənistana qaçıb?
Arayikin yeri bilindi - Keçmiş xunta başçısı bu şəhərdə gizlənir
Araik: Gəncə şəhəri mənim əmrimlə vuruldu - Video
Xocalı qatili: Əsgərandayam, təslim olmayacam.Ünvanımı yazın!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle