Xocalı qatili: Əsgərandayam, təslim olmayacam.Ünvanımı yazın!
Ötən gün Azərbaycandan qaçarkən həbs edildiyi deyilən Xocalı qatili Vitali Balasanyan açıqlama yayıb.
Axar.az xəbər verir ki, o, erməni mediasına “Laçın” postundan keçərkən həbs edildiyi barədə məlumatı təkzib edib.
“Mən Qarabağdayam. Ünvanı yazın: Əsgəran şəhəri, Danielyan küçəsi 29. Mən buradayam, heç Qarabağı tərk etməyə cəhd də etməmişəm”, - deyə o bildirib.
Qeyd edək ki, Qarabağ separatçı-terrorçularının keçmiş “dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyan ötən gün “Laçın” postundan keçmək istəyərkən saxlanılıb. Separatçı-terrorçuların başçısının “müşaviri” David Babayan da təslim olmaq üçün Şuşaya getməyə qərar verdiyini bildirib.
Bir neçə dəqiqə öncə isə separatçıbaşı Samvel Şahramanyan separatçı-terrorçu xuntanın özünü buraxdığını elan edib.
Oxşar xəbərlər
Vitali Balasanyan da saxlanıldı - Son dəqiqə
Şahramanyan da saxlanıldı? - Erməni KİV
Ruben həbs olunacağını bilə-bilə niyə “Laçın”a gəldi?
Arayikin yeri bilindi - Keçmiş xunta başçısı bu şəhərdə gizlənir
David Babayan təslim olur: Şuşaya gedirəm
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












