Bayraqdar təsdiqlədi: Bakıya gəlir
“Bayraqdar TB2” pilotsuz uçuş aparatlarının yaradıcısı, “Baykar Savunma” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar 2-6 oktyabrda Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirakını təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) məlumat yayıb.
Məlumata əsasən, Səlcuq Bayraqdar sosial şəbəkələrdə izləyicilərinə Bakı Beynəlxalq Astronavtika Konqresi ilə bağlı müraciət edib.
“Kosmosun dərinliklərinə gedəcəyimiz, elmi araşdırmaların təqdim olunacağı 74-cü Beynəlxalq Astronavtika Konqresi 2-6 oktyabrda Can Azərbaycanda keçiriləcək. Biz də 500 nəfərlik TEKNOFEST komandası ilə birlikdə burada olacağıq. Fəza bütün sirləri ilə bizi araşdırmalara sövq edərkən, eyni səma altında Bakıda görüşərik”, - deyə S.Bayraqdar bildirib.
Oxşar xəbərlər
"Bayraqdar" dünyaya necə səs saldı? - "Blumberq"
NASA rəsmisi Bakıdakı sərgidən danışdı
İlham Əliyev Astronavtika Konqresində Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqlayıb
Azərbaycan Prezidenti: “Bu gün Cənubi Qafqazda sülh dövrünə qədəm qoya bilərik”
Həmyerlimiz Rusiyadakı vəzifəsindən istefa verdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













