FHN “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatı” mövzusunda təlim keçirib - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatı” mövzusunda təlim keçirib.
FHN-dən Sizinxeber.az-ə verilən xəbərə görə, təlimə FHN-in Cənub Regional Mərkəzi, Xüsusi Riskli Xilasetmə Xidmətinin N saylı hərbi hissəsi və Dövlət Yanğından Mühafizə Xidməti Masallı rayon Yanğından Mühafizə Hissəsinin xilasetmə qüvvə və vasitələri cəlb olunub.
Təlimin keçirilməsində məqsəd fövqəladə hadisələr zamanı qarşılıqlı fəaliyyətin daha da təkmilləşdirilməsi, xilasetmə işlərinin təşkili və aparılması qaydaları, nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər şərti nəqliyyat qəzası zamanı avtomobillərdə “baş vermiş” yanğını qısa müddətdə “söndürüb”, deformasiyaya uğramış avtomobillərdə sıxılı vəziyyətdə qalmış “zərərçəkmişləri” təxliyə edərək onlara “təxirəsalınmaz ilkin yardım göstərib”, habelə “cəsədi çıxararaq aidiyyəti üzrə təhvil verib” və qarşıya qoyulmuş digər tapşırıqları icra ediblər.
Uğurla keçən təlimdən sonra əldə edilmiş nəticələr təhlil olunub, müvafiq tapşırıqlar verilib.
Sizinxeber.azOxşar xəbərlər
Hacıqabulda traktor aşıb, ölən var - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı bulvarı ərazisində gəzinti qayığı batıb, 6 nəfər xilas edilib - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda meyit aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda güclü partlayış: İki nəfər həlak olub, xeyli yaralı var - CANLI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Masazırda mənzildə meyit tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi



















