Oğuzda sel yolu dağıdıb - VİDEO
Güclü yağış nəticəsində yaranan sel suları Oğuz rayonunun Filfilli kəndinin yolunu bərbad vəziyyətə salıb.
Sakinlər bildiriblər ki, yolun bu vəziyyətdə olması onların işini xeyli çətinləşdirib, dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticə əldə olunmayıb.
Filfilli kənd icra nümayəndəliyindən bildirilib ki, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı əraziyə baxış keçirib, bundan başqa, problemlə bağlı Oğuz Rayon Suvarma Sistemləri İdarəsinə məlumat verilib və yolun təmiri üçün texnika istənilib.
Qeyd edilib ki, kənddə yol və körpülər dörd istiqamətdə dağılıb ki, onlardan üçü sakinlərin vəsaiti hesabına təmir edilib.
Oğuz Rayon Suvarma Sistemləri İdarəsindən isə bildirilib ki, hazırda digər ərazilərdə də sellərin yaratdığı fəsadların aradan qaldırılması, tütünçülükdə gündəlik tələb olunan suvarma işlərinin həyata keçirilməsi, kanalların təmizlənməsi istiqamətində işlər getdiyindən texnikalar əsasən həmin istiqamətlərə yönəldilib. Lakin imkan yaranan kimi həmin əraziyə də texnikalar cəlb olunacaq.
Ətraflı "Xəzər Xəbər"in süjetində:
Oxşar xəbərlər
Oğuza güclü yağışdan sonra sel gəlib - VİDEO
Oğuzda üzərinə ağac düşən 36 yaşlı kişi ölüb
Lənkəranda sel körpünü aparıb, dörd kəndin sakinləri çətinliklə üzləşib - FOTO
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
Oğuz rayon sakinləri odlu silahları polisə könüllü təhvil veriblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Atletiko" "Barselona"nı darmadağın etdi
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"












