AAYDA: Goranboyda sel sularının yaratdığı çətinliklər aradan qaldırılıb - VİDEO
sizinxeber.az xəbər saytı

AAYDA: Goranboyda sel sularının yaratdığı çətinliklər aradan qaldırılıb - VİDEO




Goranboy rayonu Azad-Dəyirmanlar-Bağçakürd avtomobil yolunun təqribən 1-ci km-də yol təsərrüfatında sel sularının yaratdığı çətinliklər aradan qaldırılıb.
 
Bu barədə Sizinxeber.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.
 
Məlumata görə, ötən gün intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Azad-Dəyirmanlar-Bağçakürd avtomobil yolunun təqribən 1-ci km-də yol təsərrüfatına ziyan vurub. Sel suları nəticəsində avtonəqliyyat vasitələrinin hərəkəti çətinləşib, yol çiyinləri yuyulub.
 
"Dərhal əraziyə Agentliyin xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub, ərazidə əlavə təhlükəsizlik tədbirləri görülərək qısa müddət ərzində hərəkətin fasizləsizliyi təmin olunub. Hazırda təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir", - AAYDA-nın məlumatında qeyd edilib.
Sizinxeber.az
VİDEO

Oxşar xəbərlər

AAYDA: Goranboyda sel sularının yaratdığı çətinliklər aradan qaldırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sel körpünü uçurub, Qubanın 6 kəndi ilə əlaqə kəsilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu yollar buz bağlayıb - Siyahı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi öhdəliklərini 59 % artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Leysan Qərb bölgəsində fəsadlar törədib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər