Paytaxtdakı baxımsız piyada keçidi - Sakinlər etiraz edir - VİDEO
sizinxeber.az xəbər saytı

Paytaxtdakı baxımsız piyada keçidi - Sakinlər etiraz edir - VİDEO




Paytaxtdakı piyada keçidlərindən biri baxımsız vəziyyətdədir.

Bu barədə Sizinxeber.az-in "Qaynar xətti"nə görüntülər və məlumat daxil olub.

Qeyd edilib ki, Xocəsən metrostansiyası qarşısında yerləşən piyada keçidi uzun müddətdir baxımsız vəziyyətdədir.

Keçiddə divar boyu II Qarabağ müharibəsi şəhidlərinin fotoları həkk olunub. Şəkilləri toz basıb.

Gündəlik bu keçiddən istifadə edənlər vətəndaşlar, baxımsızlığın qısa müddətdə aradan qaldırılmasını tələb edirlər. 

Sizinxeber.az həmin piyada keçidinin görüntülərini təqdim edir:

Sizinxeber.az
VİDEO

Oxşar xəbərlər

Bakıda piyada keçidində salınan pivəxana - YENİLƏNİB/FOTO
Bakıda piyada keçidində salınan pivəxana - FOTO
Sumqayıt bulvarında ilan peyda olub - VİDEO
Balakəndə piyadanı maşın vurub
Türkiyədə vəfat edən azərbaycanlı jurnalistin ölüm səbəbi bilindi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər