Rektor: “Turizm sektorunu təkmilləşdirmək üçün insan kapitalının inkişafına sərmayə qoymaq vacibdir”
Turizm sektorunu təkmilləşdirmək üçün insan kapitalının inkişafına sərmayə qoymaq vacibdir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Kayseri Universitetinin qurucu rektoru Kurtuluş Karamustafa bu gün Bakıda keçirilən Dövlət Turizm Agentliyinin və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təşkilatçılığı ilə "QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü"ndə deyib.
Onun sözlərinə görə, Türkiyə 1960-cı illərin əvvəllərində Mədəniyyət və Turizm Nazirliyinin yaradılması ilə turizmə sərmayə qoymağa başlayıb: “Növbəti 20 ildə ölkədə sənayeni inkişaf etdirmək üçün qurumlar, o cümlədən 1963-cü ildə yaradılmış Mədəniyyət Nazirliyi və təhsil müəssisələri yaradıldı. 1980-ci illərin əvvəllərində turizm sektorunda mütəxəssis yetişdirən qurumlar, sərmayələri stimullaşdıran qanunlar turizm infrastrukturuna fiziki sərmayələrin yatırılmasına təkan verdi".
K. Karamustafa bu uğurda təhsilin də mühüm rol oynadığını əlavə edərək, kurrikulumun işlənib hazırlanmasının sənayenin və həyatın real ehtiyaclarına əsaslanmalı olduğunu qeyd edib.
Oxşar xəbərlər
Bakıda 2040-cı ilədək turizm sektorunda 37 mindən çox əlavə iş yeri yaradılacaq
Azərbaycan Hindistanda keçiriləcək beynəlxalq turizm sərgisinə qatılacaq
Azərbaycan və Kamboca turizmi inkişaf etdirir: Vyetnam və Laosa kombinə edilmiş turlar da mümkündür
Tibbi turizmlə bağlı ilkin planlar hazırlanıb
Azərbaycanda istirahət imkanları asanlaşdırılır: bu xidmətlər UCUZLAŞACAQ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













