Bakı Türkiyə vətəndaşlarının ən çox aviabilet axtardığı 2-ci şəhər olub
sizinxeber.az xəbər saytı

Bakı Türkiyə vətəndaşlarının ən çox aviabilet axtardığı 2-ci şəhər olub


Ötən il Türkiyə vətəndaşlarının onlayn-satış platforması vasitəsi ilə ən çox aviabilet axtardığı şəhərlər arasında Bakı 2-ci yerdə qərarlaşıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə səyahət biletlərinin onlayn satışı, avtomobil icarəsi və hotel rezervasiyası platforması olan “obilet”in "2023 Səyahət Statistikaları Bülleteni"ndə bildirilib.

Məlumata görə, Türkiyə vətəndaşlarının ən çox aviabilet axtardığı şəhərlər arasında ilk sıralarda Lefkoşa, Bakı, Batumi, Tehran və Belqrad şəhərələri qərarlaşıb.

Hesabat dövründə “obilet” istifadəçilərinin xarici ölkələr arasında axtardığı avtobus turları arasında ilk yerlərdə Sofiya (Bolqarıstan) – Saloniki (Yunanıstan), Paris (Fransa) – Lissabon (Portuqaliya) və Tbilisi (Gürcüstan) – Bakı (Azərbaycan) qərarlaşıb. Türkiyədən xaricə avtobus səfərlərində isə ən çox axtarılan İstanbul-Sofiya, İstanbul-Saloniki və İstanbul-Batumi şəhərləri olub.

Bu dövrdə ölkədaxili avtobus biletlərinin qiyməti 10 TL-dən 1 700 TL, beynəlxalq avtobus biletləri 130 TL-dən 7 500 TL, daxili aviabiletlər 193 TL-dən 6 099 TL, beynəlxalq aviabiletlərinin qiyməti isə 277 TL-dən 140 066 TL arasında dəyişib.

Qeyd edək ki, Türkiyə vətəndaşlarının viza müraciətlərinə imtina nisbətinin artması ilə bağlı vizasız ölkələrə maraq artıb.

Oxşar xəbərlər

Ərdoğan: Türkiyə Ukrayna münaqişəsi ilə bağlı İstanbul prosesini bərpa etməyə hazırdır
Qarabağa getmək istəyənlərin nəzərinə!
Almatıda avtobus insanların üzərinə sürülüb, ölənlər var
Türkiyə Superliqası: "Fənərbağça" "Qalatasaray"ı qəbul edəcək
Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın pul qoyub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər