Biləsuvarda şəhidlərin şəxsi əşyalarından ibarət sərgi keçirilib 
sizinxeber.az xəbər saytı

Biləsuvarda şəhidlərin şəxsi əşyalarından ibarət sərgi keçirilib 


Biləsuvar rayonunda şəhidlərin xatirəsinə həsr edilmiş əl işləri və onların şəxsi əşyalarından ibarət sərgi keçirilib.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, tədbir Biləsuvar Gənclər Evində baş tutub.

Sərgidə çıxış edənlər 30 ildən çox işğal altında qalan torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsinin daima əziz tutulacağını bildiriblər və gənclərdə vətənpərvərlik ruhunun daha da yüksəldilməsi məqsədilə belə tədbirlərin mütəmadi olaraq təşkil edilməsinin vacibliyi vurğulanıb.

Çıxışlardan sonra şəhidlərin xatirəsinə həsr edilmiş əl işləri və şəxsi əşyalarından ibarət sərgiyə baxış keçirilib.

Dəyirmi masa ətrafında davam edən tədbirdə şəhid ailəsi üzvləri və müharibə iştirakçıları öz xatirələrini bölüşüblər, gənclərin suallarını cavablandırıblar.

Oxşar xəbərlər

Şəhidlərin xatirəsi anılıb
Füzuli şəhərində Anım Günü tədbiri keçirilib - FOTO
Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyev və Cəmil Nəcəfovun anım mərasimləri keçirilib
Xarkov şəhərində 20 Yanvar faciəsinə həsr olunmuş anım tədbiri keçirilib
Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər