Emin Əmrullayev Beynəlxalq Basketbol Federasiyasının baş katibi ilə görüşüb
Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev Beynəlxalq Basketbol Federasiyasının (FIBA) baş katibi Andreas Zaqklis, 3x3 basketbol yarışlarının meneceri xanım Yovana Vukoye və Basketbol Çempionlar Liqasının kommersiya direktoru Benjamin Qoute arasında görüş keçirilib.
"Report" xəbər verir ki, görüş çərçivəsində Azərbaycanda 3x3 basketbolun inkişafı və bu sahədə mövcud perspektivlər, həmçinin yeniyetmə basketbolçuların Basketbol Çempionlar Liqasında iştirakı məsələləri geniş müzakirə olunmuşdur. Tərəflər Azərbaycanın peşəkar basketbol klublarının növbəti mövsümlərdə intensiv olaraq beynəlxalq arenalarda başda Basketbol Çempionlar Liqası olmaqla iştirakının vacibliyini vurğulamış, bu istiqamətdə atıla biləcək addımlar və mümkün əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparmışlar. Eyni zamanda, görüşdə Azərbaycan Basketbol Liqasının (ABL) mütəşəkkil inkişafı, liqanın strukturunun təkmilləşdirilməsi, kommersiya potensialının artırılması, yerli klubların idarəçilik və infrastruktur səviyyələrinin beynəlxalq standartlara uyğunlaşdırılması və ölkədə basketbolun ümumi inkişaf strategiyası müzakirə olunmuşdur. Görüşün sonunda rəsmilər xatirə şəkilləri çəkdiriblər
Oxşar xəbərlər
Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
Çempionlar Liqası: "Sabah" basketbol komandası İsveç təmsilçisi ilə qarşılaşıb
Çempionlar Liqası: "Sabah" basketbol komandası mübarizəyə başlayır
Azərbaycan Basketbol Liqası: Daha iki görüş keçirilib
Azərbaycan Basketbol Liqasının oyunları iki telekanalda yayımlanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













