Azərbaycan Basketbol Liqasının oyunları üçün əcnəbi hakimlər dəvət olunub
sizinxeber.az xəbər saytı

Azərbaycan Basketbol Liqasının oyunları üçün əcnəbi hakimlər dəvət olunub


Azərbaycan Basketbol Liqasının (ABL) pley-in və pley-off mərhələlərində baş tutacaq oyunların idarə olunması üçün FIBA dərəcəli iki əcnəbi hakim dəvət olunub.

Bu barədə "Sizinxeber.az"a Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Təcrübəli hakimlər Nemanya Vlahoviç (Serbiya) və Nace Mohoriç (Sloveniya) artıq bir neçə pley-in oyununda da hakimlər briqadasında yer alıblar.

Bildirilib ki, FIBA dərəcəli hakimlərin belə önəmli oyunlarda yer alması, gənc hakimlərimiz üçün də canlı təcrübədir.

Oxşar xəbərlər

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin oyunu təxirə salınıb
Azərbaycanlı hakim FIBA-dan növbəti təyinat alıb
Azərbaycan Basketbol Liqasında pley-in mərhələsi başlayır
Azərbaycanın basketbol məşqçiləri üçün seminar təşkil olunub
Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinə start verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər