Azərbaycan Basketbol Liqası: "Xəzri" liderliyini qoruyub
Xaçmaz Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 15-ci turunda növbəti oyun gününün ilk qarşılaşması baş tutub.
"Report" xəbər verir ki, çempionatın güclü kollektivlərindən sayılan "NTD-İndiqo" son zamanlar yüksəlişdə olan "Sərhədçi" klubu ilə üz-üzə gəlib.
Görüş birincilərin 84:74 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular "NTD-İndiqo"dan Qriffin Remmi (22 xal, 11 asist), "Sərhədçi"dən Tarık Vudi (23 xal, 11 ribaund) olublar.
Günün ikinci oyunu "Sərhədçi" İdman Mərkəzində keçirilib. Pley-off zonasında qərarlaşan "Xırdalan" çempionatın lideri "Xəzri" ilə qarşılaşıb. Oyun "Xəzri"nin 108:82 hesablı rahat qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular "Xırdalan"dan Zeyver Bryüer (28 xal, 6 ribaund), "Xəzri"dən Ceremi Maklaflin (22 xal, 11 ribaund) olublar.
Oxşar xəbərlər
Azərbaycan Kuboku: A qrupunda növbəti iki oyun keçirilib
Azərbaycan Basketbol Liqası: "Sərhədçi" rahat qələbə qazanıb
Azərbaycan Basketbol Liqası: "Neftçi" XIII turda qələbə qazanıb
Azərbaycan Basketbol Liqası: Xaçmaz klubu ilin son oyununda darmadağınla qalib gəlib
Azərbaycan Basketbol Liqası: "Neftçi" və "Sabah" çətin qələbə qazanıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












