“Qarabağ” – “Linkoln” oyununun hakimləri dəyişdirilib
sizinxeber.az xəbər saytı

“Qarabağ” – “Linkoln” oyununun hakimləri dəyişdirilib




Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Linkoln” matçının hakimləri dəyişdirilib.

İdman.biz xəbər verir ki, iyulun 30-da keçiriləcək qarşılaşmaya öncədən ukraynalı hakimlər təyinat alsa da, matçı Danimarkadan olan ədalət təmsilçiləri idarə edəcək.

Matçın baş hakimi Yakob Sundberq olacaq. Ona Deniz Yurdakul və Viktor Skitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını Yakob Karlsen yerinə yetirəcək. Yonas Hansen VAR hakimi, Yens Maae onun köməkçisi olacaq.

Qeyd edək ki, iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Sizinxeber.az

Oxşar xəbərlər

“Qarabağ”-“Linkoln” oyununun hakimləri dəyişdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ"ın Cəbəllütariq klubu ilə matçının hakimləri dəyişdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Çempionlar Liqası: "Linkoln" - "Qarabağ" matçı start götürüb - CANLI [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ" UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə qələbə ilə başlayıb - YENİLƏNİB - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ" "Linkoln"la matçda hesabı açdı - YENİLƏNİB - CANLI [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər