"Sabah" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Sabah" İrlandiyanın "Sent Patriks Atletik" klubu ilə qarşılaşıb.
Masazırdakı "Bank Respublika Arena"da baş tutan matçda meydan sahibləri 0:1 hesabı ilə uduzub.
Qarşılaşmada yeganə qolu 48-ci dəqiqədə Zakari Elbuzedi bakılıların qapısından keçirib.
Qeyd edək ki, İrlandiyada reallaşan ilk oyunda da məğlub olan (0:1) "Sabah" Konfrans Liqasında mübarizəni dayandırıb.
***21:08
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində keçirilən "Sabah" - "Sent Patriks Atletik" (İrlandiya) görüşündə hesab açılıb.
Masazırdakı "Bank Respublika Arena"da qonaqlar hesabda önə çıxıb - 1:0.
48-ci dəqiqədə Zakari Elbuzedi fərqlənib.
Qeyd edək ki, Bakı klubunun futbolçusu Sofyan Şakla 27-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk edib.
***20:00
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Sabah" - "Sent Patriks Atletik" (İrlandiya) görüşü start götürüb.
Qarşılaşma Masazırdakı "Bank Respublika Arena"da keçirilir.
Oyunu rumıniyalı baş hakim Marsel Birsan idarə edir.
Oxşar xəbərlər
"Sabah" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB - 4
UEFA Konfrans Liqası: "Sabah" - "Sent Patriks Atletik" görüşündə hesab açılıb - YENİLƏNİB - 3
UEFA Konfrans Liqası: "Sabah" - "Sent Patriks Atletik" görüşündə ilk hissə başa çatıb
UEFA Konfrans Liqası: "Sabah" səfər matçından məğlub ayrılıb - YENİLƏNİB - 4
UEFA Konfrans Liqası: "Sabah" - "Sent Patriks Atletik" görüşü start götürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













