Krunoslav Renduliç: Rəqiblə müqayisədə daha yaxşı çıxış etdik
Rəqiblə müqayisədə daha yaxşı çıxış etdik.
"Report" xəbər verir ki, bunu "Sabah" klubunun baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Sent Patriks Atletik”lə (İrlandiya) cavab matçından sonra mətbuat konfransında deyib.
Xorvatiyalı mütəxəssis 0:1 hesablı nəğlubiyyəti şərh edib:
"Özünüz hər şeyi gördünüz. Rəqiblə müqayisədə daha yaxşı çıxış etdik. Lakin yenə qırmızı vərəqə oyun planlarımızı korladı.
Avropa turnirlərində bir nəfər azlıqda oynamaq çox çətindir. Futbolçularım əllərindən gələni etdilər. Lakin təəssüf ki,alınmadı".
Qeyd edək ki, İrlandiyada keçirilən ilk matçda 0:1 hesabı ilə uduzan “bayquşlar” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.
Oxşar xəbərlər
Krunoslav Renduliç: Rəqiblə müqayisədə daha yaxşı çıxış etdik
Krunoslav Renduliç: Sabahkı oyuna yaxşı hazırlaşmışıq
"Sabah" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB
"Sabah"ın baş məşqçisi: Lazımsız səhvlər etdik
Krunoslav Renduliç: Oyunçularımı təbrik edirəm, qəhrəmancasına döyüşdülər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













