sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Paris-2024: Azərbaycanın yunan-Roma güləşçisi yarımfinala yüksəlib - FOTO - YENİLƏNİB
Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
Sizinxeber.az report-a istinadən xəbər verir ki, 77 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda Macarıstan təmsilçisi Zoltan Levayla üz-üzə gəlib.
İdmançımız bu görüşdə sonuncu xal prinsipi (1:1) ilə qalib gəlib.
Qeyd edək ki, idmançı 1/8 finalda Bolqarıstan təmsilçisi Ayk Mknatsyan üzərində qələbə qazanmışdı.
*** 14:24
Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Yunan-Roma güləşçilərinin yarışında Sənan Süleymanov Bolqarıstanı təmsil edən Ayk Mnatsakanyanla qarşılaşıb.
Sizinxeber.az xəbər verir ki, 77 kq çəki dərəcəsində qüvvəsini sınayan S.Süleymanov 1/8 finalda rəqibinə qalib gələrək növbəti mərhələyə adını yazdırıb.
Sizinxeber.az
QALEREYA
Oxşar xəbərlər
Paris-2024: Azərbaycanın yunan-Roma güləşçisi 1/4 finala yüksəlib
Paris-2024: Sənan Süleymanov 1/8 finalda qələbə qazandı
Paris-2024: Azərbaycan güləşçisi bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB 2
Paris-2024: Azərbaycanın yunan-Roma güləşçisi məğlub olub
Paris-2024: Bu gün Azərbaycanın iki idmançısı medal uğrunda yarışacaq, ikisi isə mübarizəyə start verəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin





















