UEFA Konfrans Liqası: "Sabah" - "Makkabi" oyununda qalib penaltilər seriyasında bəlli olacaq- YENİLƏNİB - 9 » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
01 
avq
2024
23:00
0
0
1 609

UEFA Konfrans Liqası: "Sabah" - "Makkabi" oyununda qalib penaltilər seriyasında bəlli olacaq- YENİLƏNİB - 9

01 avq, 2024
23:00
1 609

UEFA Konfrans Liqası: "Sabah" - "Makkabi" oyununda qalib penaltilər seriyasında bəlli olacaq- YENİLƏNİB - 9



UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçının əsas və əlavə vaxtı başa çatıb.

“Bank Respublika Arena”dakı görüş qonaqların 6:3 hesablı qələbəsi ilə bitib.

Bakı təmsilçisi səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən qalib penaltilər seriyasında bəlli olacaq.

***22:18

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçının əlavə vaxtında hesab yenidən dəyişib.

“Bank Respublika Arena”dakı görüşdə meydan sahibləri qol vurub 3:5.

102-ci dəqiqədə Coy-Lans Mikels fərqlənib.

Bakı təmsilçisi səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən bu nəticə "Sabah"ı növbəti mərhələyə çıxarmaq üçün kifayət edir.

***21:59

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında əsas vaxt başa çatıb.

“Bank Respublika Arena”dakı görüş qonaqların 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bakl təmsilçisi səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən ümumi hesab bərabərləşib. Komandalar hər biri 15 dəqiqədən ibarət olan iki hissədə güclünü ayırd etməyə çalışacaq.

***21:52
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında qonaq komanda növbəti qolu vurub.

“Bank Respublika Arena”dakı görüşdə 90-cı dəqiqədə Pierro Françdi dubl müəllifi olub - 5:2.

Bu qoldan sonra iki oyunun nəticəsinə əsasən hesab bərabərləşib.

***21:35
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında ard-arda üç qol vulub.

“Bank Respublika Arena”dakı görüşdə 70-ci dəqiqədə Bakı klubunun qapısına yol tapan Simiç hesabı 3:1 edib.

1 dəqiqə sonra "bayquşlar" Kahim Parrislə fərqi azaltmağa müvəffəq olublar. Bununla belə, 73-cü dəqiqədə Leor Rafaelovla daha bir qol vuran "Makkabi" hesabı 4:2-yə çatdırıb.

***21:27

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında növbəti qol vurulub.

“Bank Respublika Arena”dakı görüşdə qonaqlar növbəti dəfə hesabda önə çxııb - 2:1.

67-ci dəqiqədə Pierro Françdi fərqlənib.

***21:07

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında ikinci hissə qolla start götürüb.

 “Bank Respublika Arena”dakı görüşdə Bakı klubu hesabı bərabərləşdirib - 1:1.

47-ci dəqiqədə Pavol Şafranko adını tabloya yazdırıb.

***20:47

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında ilk hissə başa çatıb.

“Bank Respublika Arena”dakı görüşdə qonaq komanda öndədir - 1:0.

17-ci dəqiqədə Dolev Haziza fərqlənib.

***20:17

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında hesab açılıb.

“Bank Respublika Arena”dakı görüşdə qonaqlar hesabda önə çıxıb.

17-ci dəqiqədə Dolev Haziza fərqlənib.

***20:00

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçı start götürüb.

Qarşılaşma “Bank Respublika Arena”da keçirilir.

Görüşü slovakiyalı Peter Kraloviç idarə edir.

***19:05

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün baş tutacaq “Sabah” – “Makkabi” (Hayfa, İsrail) matçının start heyətləri açıqlanıb.

"Bank Respublika Arena"da keçiriləcək matç saat 20:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında baş tutan ilk matçda Bakı klubu 3:0 hesabı ilə qələbə qazanıb.

Komandalar aşağıdakı heyətlə çıxacaqlar:

"Sabah": Yusif İmanov, Amin Seydiyev, Sofyan Çakla, Con İrasabal, Boyan Letiç, İvan Lepiniça, Ayaz Quliyev, Kahim Parris, Cessi Sekidika, Mikkels, Pavol Safranko.

"Makkabi": Keuof, Pier Kornyo, Lorenso Şimiç, Aleksandr Sirota, Daniel Sundqren, Mahmud Caber, Ali Mohamed, Dolev Haziza, Qadi Kinda, Pierro Françdi, Dia Saba.

report.azUEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçının əsas və əlavə vaxtı başa çatıb. "Report" xəbər verir ki, “Bank Respublika Arena”dakı görüş qonaqların 6:3 hesablı qələbəsi ilə bitib. Bakı təmsilçisi səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən qalib penaltilər seriyasında bəlli olacaq.
Sizinxeber.az

Bizimlə əlaqə saxlayın