UEFA Konfrans Liqası: "Sabah" ümumi hesabda önə keçib - YENİLƏNİB - 8
sizinxeber.az xəbər saytı

UEFA Konfrans Liqası: "Sabah" ümumi hesabda önə keçib - YENİLƏNİB - 8


UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçının əlavə vaxtında hesab yenidən dəyişib.

"Report" xəbər verir ki, “Bank Respublika Arena”dakı görüşdə meydan sahibləri qol vurub 3:5.

102-ci dəqiqədə Coy-Lans Mikels fərqlənib.

Bakı təmsilçisi səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən bu nəticə "Sabah"ı növbəti mərhələyə çıxarmaq üçün kifayət edir.

21:59

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında əsas vaxt başa çatıb.

"Report" xəbər verir ki, “Bank Respublika Arena”dakı görüş qonaqların 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bakı təmsilçisi səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən ümumi hesab bərabərləşib. Komandalar hər biri 15 dəqiqədən ibarət olan iki hissədə güclünü ayırd etməyə çalışacaq.

21:52

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında qonaq komanda növbəti qolu vurub.

"Report" xəbər verir ki, “Bank Respublika Arena”dakı görüşdə 90-cı dəqiqədə Pierro Françdi dubl müəllifi olub - 5:2.

Bu qoldan sonra iki oyunun nəticəsinə əsasən hesab bərabərləşib.

21:35

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında ard-arda üç qol vulub.

"Report" xəbər verir ki, “Bank Respublika Arena”dakı görüşdə 70-ci dəqiqədə Bakı klubunun qapısına yol tapan Simiç hesabı 3:1 edib.

1 dəqiqə sonra "bayquşlar" Kahim Parrislə fərqi azaltmağa müvəffəq olublar. Bununla belə, 73-cü dəqiqədə Leor Rafaelovla daha bir qol vuran "Makkabi" hesabı 4:2-yə çatdırıb.

21:27

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında növbəti qol vurulub.

"Report" xəbər verir ki, “Bank Respublika Arena”dakı görüşdə qonaqlar növbəti dəfə hesabda önə çıxıb - 2:1.

67-ci dəqiqədə Pierro Françdi fərqlənib.

21:07

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında ikinci hissə qolla start götürüb.

"Report" xəbər verir ki, “Bank Respublika Arena”dakı görüşdə Bakı klubu hesabı bərabərləşdirib - 1:1.

47-ci dəqiqədə Pavol Şafranko adını tabloya yazdırıb.

20:48

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında ilk hissə başa çatıb.

"Report" xəbər verir ki, “Bank Respublika Arena”dakı görüşdə qonaq komanda öndədir - 1:0.

17-ci dəqiqədə Dolev Haziza fərqlənib.

20:18

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında hesab açılıb.

"Report" xəbər verir ki, “Bank Respublika Arena”dakı görüşdə qonaqlar hesabda önə çıxıb.

17-ci dəqiqədə Dolev Haziza fərqlənib.

20:00

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçı start götürüb.

"Report" xəbər verir ki, qarşılaşma “Bank Respublika Arena”da keçirilir.

Görüşü slovakiyalı Peter Kraloviç idarə edir.

Qeyd edək ki, səfərdə keçirilən matçda Bakı klubu 3:0 hesabı ilə qələbə qazanıb.

Oxşar xəbərlər

UEFA Konfrans Liqası: "Sabah" - "Makkabi" görüşündə əlavə vaxt oynanılacaq - YENİLƏNİB - 7 [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Konfrans Liqası: "Sabah" - "Makkabi" görüşündə ümumi hesab bərabərləşib - YENİLƏNİB - 6 [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Konfrans Liqası: "Sabah" - "Makkabi" görüşündə üçüncü qol vurulub - YENİLƏNİB - 4 [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Konfrans Liqası: "Sabah" - "Makkabi" görüşündə hesab açılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Konfrans Liqası: "Sabah" - "Makkabi" görüşündə ilk hissə başa çatıb - YENİLƏNİB - 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər