UEFA Konfrans Liqası: "Sabah" - "Makkabi" görüşündə əlavə vaxt oynanılacaq - YENİLƏNİB - 7
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında əsas vaxt başa çatıb.
"Report" xəbər verir ki, “Bank Respublika Arena”dakı görüş qonaqların 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bakl təmsilçisi səfərdə 3:0 hesabı ilə qalib gəldiyindən ümumi hesab bərabərləşib. Komandalar hər biri 15 dəqiqədən ibarət olan iki hissədə güclünü ayırd etməyə çalışacaq.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında qonaq komanda növbəti qolu vurub.
"Report" xəbər verir ki, “Bank Respublika Arena”dakı görüşdə 90-cı dəqiqədə Pierro Françdi dubl müəllifi olub - 5:2.
Bu qoldan sonra iki oyunun nəticəsinə əsasən hesab bərabərləşib.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında ard-arda üç qol vulub.
"Report" xəbər verir ki, “Bank Respublika Arena”dakı görüşdə 70-ci dəqiqədə Bakı klubunun qapısına yol tapan Simiç hesabı 3:1 edib.
1 dəqiqə sonra "bayquşlar" Kahim Parrislə fərqi azaltmağa müvəffəq olublar. Bununla belə, 73-cü dəqiqədə Leor Rafaelovla daha bir qol vuran "Makkabi" hesabı 4:2-yə çatdırıb.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında növbəti qol vurulub.
"Report" xəbər verir ki, “Bank Respublika Arena”dakı görüşdə qonaqlar növbəti dəfə hesabda önə çıxıb - 2:1.
67-ci dəqiqədə Pierro Françdi fərqlənib.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında ikinci hissə qolla start götürüb.
"Report" xəbər verir ki, “Bank Respublika Arena”dakı görüşdə Bakı klubu hesabı bərabərləşdirib - 1:1.
47-ci dəqiqədə Pavol Şafranko adını tabloya yazdırıb.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında ilk hissə başa çatıb.
"Report" xəbər verir ki, “Bank Respublika Arena”dakı görüşdə qonaq komanda öndədir - 1:0.
17-ci dəqiqədə Dolev Haziza fərqlənib.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçında hesab açılıb.
"Report" xəbər verir ki, “Bank Respublika Arena”dakı görüşdə qonaqlar hesabda önə çıxıb.
17-ci dəqiqədə Dolev Haziza fərqlənib.
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Sabah" - "Makkabi" (Hayfa, İsrail) matçı start götürüb.
"Report" xəbər verir ki, qarşılaşma “Bank Respublika Arena”da keçirilir.
Görüşü slovakiyalı Peter Kraloviç idarə edir.
Qeyd edək ki, səfərdə keçirilən matçda Bakı klubu 3:0 hesabı ilə qələbə qazanıb.
Oxşar xəbərlər
UEFA Konfrans Liqası: "Sabah" - "Makkabi" görüşündə üçüncü qol vurulub - YENİLƏNİB - 4
UEFA Konfrans Liqası: "Sabah" - "Makkabi" görüşündə ilk hissə başa çatıb - YENİLƏNİB - 2
UEFA Konfrans Liqası: "Sabah" - "Makkabi" görüşündə hesab açılıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi istehlak xərclərinin 77 %-ini formalaşdırıb
-
Azərbaycan qlobal miqyasda artan nüfüzunu bir daha təsdiq etdi - RƏY
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Əraqçi BMT Baş katibinə ABŞ-ın həddindən artıq tələb irəli sürdüyünü bildirib
-
WUF13: Bakının qlobal şəhərsalma gündəmini formalaşdıran tarixi uğuru - TƏHLİL
