Körpəsi ilə birgə yarışan Yaylagüldən - AÇIQLAMA » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
31 
iy
2024
23:40

Körpəsi ilə birgə yarışan Yaylagüldən - AÇIQLAMA

31 iy, 2024
23:40
635

Körpəsi ilə birgə yarışan Yaylagüldən - AÇIQLAMA



Xəbər verdiyimiz kimi, peşəkar azərbaycanlı oxçu Yaylagül Ramazanova ölkəmizi Paris-2024-də ikicanlı təmsil edib. Onun 7 aylıq hamilə ola-ola mübarizə aparması sosial şəbəkələrdə və Türkiyə mediasında böyük müzakirələrə səbəb olub.

“Qafqazinfo”ya təəssüratlarını bölüşən Yaylagül Ramazanova bildirib ki, ana olmağa hazırlaşmağı yarış zamanı ona güc verib.

“Mərhələ adlamaq, qələbə qazanmaq kimi məqsədlər var idi. Ölkəmə medal qazandırmaq, üçrəngli bayrağımızı dalğalandırmaq əsas hədəflərdən idi. Amma buradakı rəqiblər sayılıb-seçilən idmançılardır. Olimpiadada zəif rəqib yoxdur. İlk rəqibim çinli idmançı idi. Xala-xal pirinsipi ilə mübarizə getdi. 1/16 mərhələyə adladım, hər şey yaxşı idi. Hədəf qalib olmaq idi”.

O, yarışlardakı ikicanlı iştirakını belə ifadə edib:

“Tribunada azarkeşlərin rəğbətini qazanmışdım çox gözəl idi. Bu olimpiadada mənimlə yanaşı, misirli qılıncoynadan xanım da 7 aylıq hamilədir.

Deməli bu olimpiadadakı iki ən gənc iştirakçı hələ doğulmayan 7 aylıq körpələrdir.

Övladımın olimpiadada olması gələcəyin işidir. Bizim ailədə həm idmançılar, həm də incəsənət insanları var. Seçim onun olacaq. Əsas olan vətənini sevən, layiqli övlad yetişdirməkdir”.

BAKU.WS

Bizimlə əlaqə saxlayın