sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Rövşən Nəcəf FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb - FOTO
Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf Fransanın paytaxtı Paris şəhərinə səfəri çərçivəsində FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb.
Görüşdə FIFA-nın baş katibi Mattias Qrafström və Avropa üzrə regional direktoru Elxan Məmmədov da iştirak ediblər.
Söhbət zamanı ölkəmizdə futbolun inkişafı üzrə əməkdaşlıq imkanları müzakirə olunub, uşaq və qadın futbolunun təkmilləşdirilməsi, kütləviliyin və futbola marağın artırılması məsələləri nəzərdən keçirilib.
Görüşdə Canni İnfantino Azərbaycanın ilk dəfə təşkil olunan “FIFA series” turnirinə uğurla ev sahibliyi etməsi münasibətilə təbriklərini çatdırıb.
BAKU.WS
QALEREYA
Oxşar xəbərlər
Rövşən Nəcəf FIFA-nın prezidenti Canni İnfantino ilə görüşüb
FİFA prezidenti: "Rövnəq Abdullayev 16 il Azərbaycan futboluna uğurla xidmət edib"
Avropa Futbol Liqaları FİFA-nı məhkəməyə verəcək
İnfantino mavi vərəqələrin tətbiqinə qarşı çıxıb
Argentina Futbol Assosiasiyası Mərakeşlə matçın nəticəsi ilə bağlı FİFA-ya şikayət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















