"Liverpul" futbolçusunu "Barselona"ya satmaqdan imtina edib
İngiltərənin "Liverpul" klubu futbolçusu Luis Diası "Barselona"ya satmaqdan imtina edib.
"Sizinxeber.az" "The Athletic"ə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi kolumbiyalı oyunçunun satılmadığını açıqlayıb.
"Barselona" ilə yanaşı Səudiyyə Ərəbistanı klubu "Əl-Nəsr"in də maraq dairəsində olan futbolçunun transferə isti yanaşmadığı və "Liverpul"da qalmaq niyyətində olduğu bildirilib.
Qeyd edək ki, vinger 2022-ci ildə Portuqaliyanın "Porto" klubundan İngiltərə təmsilçisinə transfer olunub. O, Liverpul komandasının heyətində meydana çıxdığı 148 matçda 41 qola və 23 məhsuldar ötürməyə imza atıb. L.Dias 2024/2025 mövsümündə 17 qola müəlliflik edib.
Arne Slotun baş məşqçisi olduğu kollektiv 84 xalla Premyer Liqada son mövsümün qalibi adını qazanıb.
Oxşar xəbərlər
"Barselona" İngiltərə klubunun 20 yaşlı futbolçusunu transfer edə bilər
Trent Aleksander-Arnold "Liverpul"dan ayrılacağını açıqlayıb
"Barselona" futbolçusunu 100 milyon avroya satmaqdan imtina edib
"Liverpul" İtaliya klubunun futbolçusunu transfer edib
"Liverpul" Premyer Liqanın digər təmsilçisinin hücumçusunu transfer etmək istəyir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













