Dünya çempionatı: Azərbaycan millisinin yer aldığı qrupda daha bir oyun keçirilib
sizinxeber.az xəbər saytı

Dünya çempionatı: Azərbaycan millisinin yer aldığı qrupda daha bir oyun keçirilib


Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının qrup mərhələsində II tura start verilib.

"Sizinxeber.az"un məlumatına görə, A qrupunun oyununda Bəhreyn və Mavritaniya komandaları üz-üzə gəliblər.

Milli Gimnastika Arenasında baş tutan qarşılaşma Afrika təmsilçisinin qələbəsi ilə bitib - 2:0.

Mavritaniya qrupdakı ilk matçında Sloveniya, Bəhreyn isə Azərbaycan millisi ilə heç-heçə (1:1) edib. Azərbaycan yığması saat 20:45-də Sloveniyanı sınağa çəkəcək.

Qeyd edək ki, bu gün daha 7 oyun baş tutacaq. Dünya çempionatı iyunun 1-də başa çatacaq.

Foto: Məhəməməd Ağayev

Oxşar xəbərlər

Minifutbol üzrə dünya çempionatı: Bu gün qrup mərhələsində II tura start veriləcək
Milli Gimnastika Arenasında minifutbol üzrə dünya çempionatının daha bir oyunu keçirilib
Bakıda minifutbol üzrə dünya çempionatı başlayır
Minifutbol üzrə dünya çempionatı: Bu gün daha 8 qarşılaşma baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında günün sonuncu oyunu keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər