Türkiyə Minifutbol Federasiyasının prezidenti: "İndiyədək keçirilən mundiallardan ən gözəli Bakıda təşkil olunandır"
sizinxeber.az xəbər saytı

Türkiyə Minifutbol Federasiyasının prezidenti: "İndiyədək keçirilən mundiallardan ən gözəli Bakıda təşkil olunandır"


İndiyədək keçirilən dünya çempionatlarından ən gözəli Bakıda təşkil olunandır.

Bunu "Sizinxeber.az"a açıqlamasında Türkiyə Minifutbol Federasiyasının prezidenti Cem Durul bildirib.

"Qardaş ölkə Azərbaycanı möhtəşəm təşkilatçılığa görə ürəkdən təbrik edirəm. Həqiqətən mundiala əla hazırlaşıblar. Bu günə qədər təşkil olunmuş dünya çempionatları arasında ən gözəli Bakıda keçiriləndir. Bunu bütün qəlbimlə söyləyirəm. Azərbaycan xalqına dərin təşəkkürümü bildirirəm. Ukraynaya qarşı keçirdiyimiz oyunda sona qədər bizi dəstəklədilər. Bu dəstək sayəsində özümüzü Türkiyədəki kimi hiss etdik. Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir", - deyə C.Durul söyləyib.

O, Ukraynaya qalib gəldikləri (3:1) C qrupunun ikinci oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Bu rəqibə qarşı yaxşı hazırlaşmışdıq. Qrupdakı ilk matçımızda son dünya çempionatının üçüncüsü olan Macarıstandan 1 xal almağı bacardıq. Ukrayna üzərindəki qələbə qrupdan çıxmaq şansımızı çox artırdı. Qələbə qazandığımız üçün çox xoşbəxtik".

Oxşar xəbərlər

Türkiyə Minifutbol Federasiyasının prezidenti: "Təşkil olunmuş dünya çempionatları arasında ən gözəli Bakıdakıdır"
Türkiyə minifutbol yığmasının baş məşqçisi: "Bakıda möhtəşəm təşkilatçılıq var, hər şey yüksək səviyyədədir"
Mavritaniya Minifutbol Federasiyasının prezidenti: "Bakıdakı mundialın təşkilatçılığı məni təəccübləndirdi"
Dünya çempionatı: Türkiyə Bakıda Ukraynanı məğlub edib
Milli Gimnastika Arenasında minifutbol üzrə dünya çempionatının daha bir oyunu keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər