Mahir Emreli: "Nürnberq" karyeram qısa, lakin çox gözəl idi"
sizinxeber.az xəbər saytı

Mahir Emreli: "Nürnberq" karyeram qısa, lakin çox gözəl idi"


Azərbaycan millisinin futbolçusu Mahir Emreli yollarını ayırdığı Almaniyanın "Nürnberq" klubu ilə bağlı fikirlərini bölüşüb.

"Sizinxeber.az"un məlumatına görə, 27 yaşlı hücumçu bu barədə "Bild" nəşrinə açıqlama verib.

Forvard II Bundesliqanın XXXIV turunda "Ayntaxt" (Braunşveyq) komandasına qarşı görüşdən sonra danışıb.

Qarşılaşmada het-trik edən oyunçu bunları deyib:

"Nürnberq" karyeram qısa, lakin çox gözəl idi. İndi başa çatması üzücüdür. Amma bu şəkildə vidalaşa bildiyim üçün şadam".

Emreli gələcək planları barədə də danışıb:

"Agentimə dedim ki, məni mövsümün sonunadək tək buraxsın. Hələ heç nə qərarlaşdırılmayıb. Son günədək bütün diqqətimi "Nürnberq"ə yönəltmək mənim üçün vacib idi".

Qeyd edək ki, mövsümün əvvəlində II Bundesliqa təmsilçisinə keçən Mahir Emrelinin müqaviləsinin müddəti uzadılmayıb. O, "Nürnberq"in heyətində çempionatda 10, ölkə kubokunda 1 qola imza atıb. Azərbaycanlı hücumçu ilə adı açıqlanmayan Bundesliqa klubunun və "Kayzerslautern"in maraqlandığı deyilir.

Oxşar xəbərlər

Mahir Emreli II Bundesliqa matçında dubl edib - YENİLƏNİB
Mahir Emreli II Bundesliqa matçında het-trik edib - YENİLƏNİB-2
Mahir Emreli "Nürnberq"də kollektiv məşqə qatılmayıb
"Nürnberq" rəsmisi Mahir Emreli ilə vidalaşmalarına münasibət bildirib
Mahir Emreli "Nürnberq"də qol hesabını açıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər