

Mahir Emreli II Bundesliqa matçında het-trik edib - YENİLƏNİB-2
Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" komandasında het-trik edib.
"Report"un məlumatına görə, 28 yaşlı hücumçu II Bundesliqanın XXXIV turunda qarşılaşdıqları "Ayntaxt Braunşveyq" kollektivinin qapısından özünün üçüncü qolunu keçirib.
O, 10, 20 və 45+1-ci dəqiqələrdə fərqlənib. Futbolçu ikinci qoldan sonra sarı vərəqə ilə cəzalanıb.
Hazırda davam edən görüşdə Emrelinin komandası 4:0 hesabı ilə öndədir.
Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" komandasında dubl edib.
"Report"un məlumatına görə, 28 yaşlı hücumçu II Bundesliqanın XXXIV turunda qarşılaşdıqları "Ayntaxt Braunşveyq" kollektivinin qapısından özünün və komandasının ikinci qolunu keçirib.
O, 10-cu və 20-ci dəqiqələrdə fərqlənib. Futbolçu ikinci qoldan sonra sarı vərəqə ilə cəzalanıb.
Hazırda davam edən görüşdə Emrelinin komandası 2:0 hesabı ilə öndədir.
Azərbaycan millisinin futbolçusu Mahir Emreli çıxış etdiyi Almaniyanın "Nürnberq" komandasında növbəti qolunu vurub.
"Report"un məlumatına görə, qarşılaşma II Bundesliqanın XXXIV turuna təsadüf edib.
Səfərdə "Ayntaxt Braunşveyq" kollektivi ilə qarşılaşan "Nürnberq"in heyətində hesabı 10-cu dəqiqədə Mahir açıb.
Hazırda davam edən görüşdə Emrelinin komandası 1:0 hesabı ilə öndədir.
Oxşar xəbərlər
Mahir Emreli II Bundesliqa matçında dubl edib - YENİLƏNİB
Mahir Emreli "Nürnberq"də növbəti qolunu vurub
Mahir Emreli "Nürnberq" komandasında növbətini qolunu vurub
Mahir Emreli "Nürnberq" komandasında növbəti qolunu vurub
Mahir Emreli "Nürnberq"də qol hesabını açıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
