"İmişli" FK bəyanat yayıb
sizinxeber.az xəbər saytı

"İmişli" FK bəyanat yayıb


"İmişli" Futbol Klubu bəyanat yayıb.

"Sizinxeber.az"un Muğan bürosunun məlumatına görə, bəyanatda deyilir:

"Dəyərli “İmişli” Peşəkar Futbol Klubunun azarkeşləri!

Son zamanlar internet resurslarında "İmişli" PFK-ya qarşı əsassız ictimai rəy formalaşdırılmağa çalışılmışdır. Bu məqsədli şəkildə aparılmaqla yanaşı klubumuzun heç bir dəyərini, vizyonunu və missiyasını əhatə etmir.

Nəzərinizə çatdırmaq istərdik ki, klubun ev oyunlarını oynadığı Heydər Əliyev adına İmişli şəhər stadionu bir dövlət qurumu və bir özəl müəssisənin mülkiyyətindədir. Bu stadionda bizim klubdan başqa 3 klub II liqa və region liqasında öz oyunlarını keçirir, stadiondan icarə əsasında istifadə hüquqlarına malikdirlər. Klub rəhbərliyi ötən iki mövsüm ərzində dəfələrlə stadionun mülkiyyətinin alınması üçün müraciətlər etmiş, lakin çox təəssüflər olsun ki, bu müraciətlər öz müsbət həllini tapmamışdır.

Bu mövsüm Klub rəhbərliyi öz şəxsi vəsaitləri hesabına stadionun ot örtüyünü sıfırdan renovasiya etməsinə baxmayaraq, hədsiz yüklənmə (digər klubların da burada müntəzəm məşq və oyunlar keçirməsi) nəticəsində örtük öz keyfiyyətini itirmişdir. Dünya standartlarına əsasən bir təbii ot örtüyü üzərində həftə ərzində ən çoxu 1 oyun keçirilə bilər ki, hal hazırkı vəziyyətdə bizim bunu təmin etməyimiz hüquqi baxımdan mümkün deyil.

Məsələnin müsbət həlli üçün AFFA-nın rəhbərliyi ilə müvafiq qurumlarla danışıqlar aparılması üçün müzakirələr təşkil olunmuş və məsələnin müsbət həlli istiqamətində dəstək alınmışdır. Əminik ki, qısa zamanda Ulu Öndər Heydər Əliyev adına İmişli şəhər stadionunun "İmişli" PFK-nın mülkiyyətinə keçirilməsi baş verəcək və biz UEFA kateqoriyası 3 meydançası üçün renovasiya işlərinə başlaya biləcəyik.

Bu gün "İmişli" PFK-nın uğurlarına sevinə bilməyənlər, uzun illər müxtəlif səviyyələrdə Bakıda oynayan və oynamaqda davam edən onlarla digər bölgə klubları haqqında sussalar da əmin ola bilərlər ki, böyük futbol İmişlidə "İmişli" PFK sayəsində gözəl və baxımlı olacaqdır. Biz buna inanırıq!

Biz birlikdə güclüyük!"

Oxşar xəbərlər

İmişli şəhər stadionu təmir olunur
I Liqa klubu növbəti ev oyununu Heydər Əliyev adına İmişli şəhər stadionunda keçirəcək
İmişli şəhər stadionundakı təmir işləri noyabrın sonunda başa çatacaq
Azərbaycan klubunun ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib
Sabah İmişli və Saatlının ümumilikdə 24 yaşayış məntəqəsində qaz kəsiləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle