
"Qarabağ" Azərbaycan Premyer Liqasında çempionluğunu rəsmiləşdirib

"Qarabağ" Azərbaycan Premyer Liqasında çempionluğunu rəsmiləşdirib
"Qarabağ" Misli Premyer Liqasında çempionluğunu rəsmiləşdirib.
“Report”un məlumatına görə, bu, XXXII turda baş tutan "Sabah"la səfər oyunundan sonra reallaşıb.
"Bank Respublika Arena" keçirilən matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.
Görüşdə hesabı qonaqlar açıblar. 42-ci dəqiqədə Redon Cica penalti zərbəsindən fərqlənib. 73-cü dəqiqədə "status-kvo" bərpa olunub. Boyan Letiç rəqib komandanın qapısına yol tapıb.
Xallarının sayını 77-yə çatdıran Ağdam təmsilçisi qızıl medalları vaxtından əvvəl təmin edib.
Bu nəticənin ardından "köhlən atlar" Premyer Liqada 12-ci dəfə çempionluq sevinci yaşayıb.
"Bayquşlar" 40 xalla beşinci sırada yer alıblar.
Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" evdə "Şamaxı" ilə, "Araz-Naxçıvan" isə səfərdə "Səbail"lə heç-heçə edib - 1:1. "Zirə" isə rəqib meydanında "Kəpəz"ə qalib gəlib - 1:0.