İngiltərə Premyer Liqası: “Liverpul” London komandasını darmadağın edib
İngiltərə Premyer Liqasının 19-cu turunda “Vest Hem” “Liverpul”u qəbul edib.
“Report” xəbər verir ki, baş hakim Entoni Teylorun idarə etdiyi matç “London Stedium”da baş tutub.
Matç “qırmızılar”ın böyükhesablı qələbəsi ilə başa çatıb. Oyunda qolları Luis Dias (30), Kodi Qakpo (40), Məhəmməd Salah (44), Trent Aleksander-Arnold (54), Dioqu Jota (84) vurublar – 0:5.
Beləliklə, 19 turdan sonra “Liverpul” böyük xal fərqi ilə liderdir. Ehtiyatında bir oyunu olan Mersisayd təmsilçisinin 45 xalı var. Arne Slotun komandasının ən yaxın təqibçisi ondan bir oyun çox oynamış “Nottingem Forest”dir (37 xal).
“Çəkicdöyənlər”in isə cəmi 23 xalı var. Onlar turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıblar. Onların ən yaxın təqibçisi isə “Mançester Yunayted”dir (22 xal).
Oxşar xəbərlər
İngiltərə Premyer Liqası: “Liverpul” “Mançester Yunayted”i darmadağın edib
İngiltərə Premyer Liqası: “Liverpul” “Mançester Siti” ilə xal fərqini daha da artırıb
İngiltərə Premyer Liqası: “Liverpul” inamlı qələbə qazanaraq “Çelsi” ilə xal fərqini 7-yə çatdırıb
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Liverpul"la heç-heçə edib
İngiltərə Premyer Liqası: “Arsenal” London derbisindən qalib ayrılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













