“Araz-Naxçıvan” rəsmisi: “Baku Fire” ilə matç çempionluq yolunda həlledici ola bilər”
Futzal üzrə Azərbaycan Yüksək Liqasında mayın 1-də “Baku Fire” ilə baş tutacaq görüş “Araz-Naxçıvan” üçün çempionluq yolunda həlledici ola bilər.
Bunu “Report”a açıqlamasında Naxçıvan təmsilçisinin vitse-prezidenti Mahmud Sadıqov deyib.
O, uzun fasilədən sonra turnir cədvəlində liderliyə yüksələn kollektivin çempionluq şanslarını dəyərləndirib:
“Bildiyiniz kimi, yanvardan yeni baş məşqçinin rəhbərliyi altında yolumuza davam edirik. Nəticələr göz önündədir. Nəhayət, liderliyə yüksəldik. Hər şey öz əlimizdədir. Əsas rəqiblərimizdən olan “Baku Fire” komandası ilə mayın 1-də oyunumuz olacaq. Hazırda turnir cədvəlində bu rəqibdən 2 xal irəlidəyik. Ona görə də matç komandamız üçün həlledici ola bilər. Qələbə qazansaq, “Baku Fire” ilə xal fərqi 5-ə yüksələcək ki, bu da mövsümü çempion bitirmək baxımından böyük addım olacaq. Var gücümüzlə bu görüşə hazırlaşırıq. Ümid edirəm ki, bizim üçün ən uğurlusu nədirsə, o da olacaq”.
Qeyd edək ki, “Araz-Naxçıvan” 15 turdan sonra 37 xalla turnir cədvəlinə liderlik edir. İkinci pillədə yer alan “Baku Fire”nin isə 35 xalı var.
Oxşar xəbərlər
Futzal üzrə Azərbaycan Yüksək Liqasında XV turun oyunları keçirilib
Azərbaycanın futzal millisinin Afinaya gedəcək yekun heyəti açıqlanıb
Azərbaycanın futzal millisinin hazırlıq üçün heyəti açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
