Bundesliqada çıxış etmiş futbolçu "Neftçi"nin sıralarına qatılır
Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən "Neftçi" heyətini Almaniya Bundesliqasında çıxış etmiş Robert Bauerlə gücləndirir.
"Report"un əldə etdiyi məlumata görə, ağ-qaralar" Almaniyanın "Verder" klubunun sabiq üzvü ilə anlaşır.
Müdafiə və yarımmüdafiədə çıxış etməyi bacaran 29 yaşlı almaniyalı oyunçunun transferi yaxın günlərdə açıqlanacaq.
Futbolçu karyerasına 2014-cü ildə ölkəsinin "Karlsrue" kollektivində başlayan R.Bauer ilk peşəkar müqaviləsini "İnqolştadt" (Almaniya) klubu ilə bağlayıb. Burada 48 matç keçirən futbolçu daha sonra yüksək məbləğ qarşılığında "Verder" klubuna transfer olunub. Sərgilədiyi futbolla adından söz etdirməyi bacaran Bauer 3 il "ağ-yaşıllar"ın şərəfini qoruyub. O, ümumilikdə Almaniya Bundesliqasında 89 matçda forma geyinib. Sonuncu klubu Səudiyyə Ərəbistanının "Əl-Tai" kollektivi olub.
R.Bauer Almaniyanın gənclərdən ibarət millisində də çıxış edib.
Qeyd edək ki, qarşıdakı günlərdə "Neftçi"yə başqa yeni futbolçuların transferi gözlənilir.
Oxşar xəbərlər
"Yuventus" Fransa klubunun futbolçusunu transfer edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Borussiya" Almaniya millisinin futbolçusunu transfer edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Kəpəz" albaniyalı futbolçu ilə müqavilə bağlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Danimarka millisinin üzvü Bundesliqada çıxış edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə çıxış edən ən dəyərli 5 futbolçu - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












