Türkiyə Superliqası: “Qalatasaray” “Beşiktaş”a məğlub olub
Türkiyə Superliqasının 29-cu turunda “Beşiktaş” “Qalatasaray”ı qəbul edib.
“Sizinxeber.az” xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçmiş birinci hissədə komandalar hərəyə bir qolla fərqləniblər. Bundan başqa, “aslanlar”ın heyətində Frankovski qırmızı vərəqə alaraq meydandan qovulub.
İkinci hissədə təşəbbüsü ələ alan “ağ-qaralar” hesabda irəli çıxmağı bacarıblar. Gedson Fernandes komandasının qələbə qoluna imza atıb. Ümumi vaxta əlavə edilmiş 6-cı dəqiqədə meydan sahibləri də azlıqda qalsa da, bu “Cimbom”a kömək etməyib: “Beşiktaş” – 2, “Qalatasaray” – 1.
Belələliklə, 28 oyundan birinci pillədə qərarlaşan “Qalatasaray”ın aktivində 71 xal var. Komandanın ən yaxın təqibçisi “Fənərbağça” isə 27 oyuna 65 xal toplayıb. “Beşiktaş” 27 oyuna 47 xal qazanıb, “qara qartallar” dördüncü pillədədirlər.
Oxşar xəbərlər
İstanbul derbisində “Beşiktaş” “Galatasaray”ı məğlub edib
“Beşiktaş” “Qalatasaray”ı darmadağın edərək Superkubokun qalibi olub
Türkiyə Superliqası: “Qalatasaray” “Antalyaspor”u məğlub edib
“Beşiktaş” “Qalatasaray”ı darmadağın edərək Türkiyə Superkubokunun qalibi olub
Türkiyə Superliqası: “Qalatasaray” “Antalyaspor”u darmadağın edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
Azərbaycanda pərakəndə ticarət dövriyyəsi istehlak xərclərinin 77 %-ini formalaşdırıb
-
Futbol üzrə İran milli komandasının təlim-məşq düşərgəsi ABŞ-dən Meksikaya köçürülüb
-
Azərbaycan qlobal miqyasda artan nüfüzunu bir daha təsdiq etdi - RƏY
-
Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub
-
Türkiyədə torpaq mübahisəsi 15 nəfərin yaralanması ilə nəticələnib
