Tovuz şəhər stadionunda inşa olunan əsas korpusun açılışı olub
Tovuz şəhər stadionunda inşa olunan əsas korpus binasının açılış mərasimi keçirilib.
"Report"un bölgəyə ezam olunan əməkdaşının məlumatına görə, tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev, baş katibin müavini Kamran Vəliyev, Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev, “Turan Tovuz” PFK-nın İdarə Heyətinin sədri Ehtiram Quliyev, İdarə Heyəti üzvləri, futbol ictimaiyyəti və media nümayəndələri iştirak ediblər.
Binanın ümumi sahəsi 3 min kvadrat metrdən çoxdur. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət bina 30 otaqdan ibarətdir. Fitnes zalı, toplantı, həkim və fizioterapiya otaqları ilə yanaşı məşqçilər, həkimlər və inzibati işçilər üçün ayrıca otaqlar ayrılıb. Burada futbolçuların asudə vaxtlarını maraqlı keçirmələri üçün stolüstü tenis, bilyard, video oyun avadanlıqları ilə təmin olunmuş böyük istirahət guşəsi yaradılıb. Bütün otaqlar ən müasir və zəruri avadanlıqlarla təchiz edilib.
Oxşar xəbərlər
“Kəpəz” klubunun Məşq Mərkəzi və Futbol Akademiyasına baxış keçirilib
"Turan Tovuz" Premyer Liqanın 2025/2026 mövsümündə yeni ad və loqo ilə çıxış edəcək - EKSKLÜZİV
Peşəkar Futbol Liqası “Ayın qolu” layihəsinin şərtlərini dəyişdirib
Azərbaycan Kuboku: "Turan Tovuz" “Hypers Guba”ya böyük hesabla qalib gəlib
Azərbaycan Premyer Liqasında bu gün daha bir oyun baş tutacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin








