sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Sumqayıt" - "Qəbələ" matçında mövsümün rekordu təkrarlanıb
Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün tamaşaçı rekordu təkrarlanıb.
"Sizinxeber.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, XXXVI turun “Sumqayıt” – “Qəbələ” matçına təsadüf edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı oyunu 9300 seyrçi izləyib.
Bu, mövsümün ən yüksək göstəricisinin təkrarıdır. XXXII turun “Sumqayıt” – “Qarabağ” görüşündə də eyni sayda izləyici olub.
Aprelin 28-də keçirilən görüş də eyni arenada baş tutub.
Qeyd edək ki, 9300 tamaşaçının olduğu hər iki qarşılaşmada meydan sahibləri 1:0 hesabı ilə qalib gəliblər.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb
“Sumqayıt” – “Neftçi” oyununda mövsümün azarkeş rekordu qırılacaq
"Sumqayıt" - "Neftçi" matçındakı azarkeşlərin sayı açıqlanıb
Azərbaycan Premyer Liqasında XIX turun oyun proqramı açıqlanıb
Premyer Liqa: "Qarabağ" "Sumqayıt"a uduzub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













