Ederson Premyer Liqada rekorda imza atıb
İngiltərənin "Mançester Siti" futbol klubunun braziliyalı qapıçısı Ederson ötürmələrin sayına görə İngiltərə Premyer Liqasında (İPL) rekorda imza atıb.
"Report" xəbər verir ki, "Nyukasl"la ev oyununda Ederson "şəhərlilər"in debüt qolunu vuran misirli hücumçu Ömər Marmuşa məhsuldar ötürmə verib.
Marmuş daha sonra əlavə iki qolla het-trik edib.
Bu məhsuldar ötürmə Edersonun Premyer Liqada 6-cı ötürməsi olub. Əvvəlki rekordçu 5 məhsuldar ötürmə ilə İngiltərə yığmasının keçmiş qapıçısı Pol Robinson idi.
Qeyd edək ki, 31 yaşlı Ederson 2017-ci ildən "Mançester Siti"də çıxış edir və komandanın tərkibində altı dəfə İngiltərə çempionatının, bir dəfə İngiltərə kubokunun, dörd dəfə İngiltərə Liqa kubokunun qalibi olub. 2023-cü ildə braziliyalı "Mançester Siti" ilə Çempionlar Liqasının qalibi olub. Braziliya millisinin tərkibində qapıçı 2019-cu ildə Amerika Kubokunun qalibi olub.
Oxşar xəbərlər
"Mançester Siti"nin qapıçısı Premyer Liqada rekordu təkrarlayıb
Erlinq Holann Premyer Liqada yeni rekorda imza atıb
“Mançester Siti” yeni rekorda imza atıb
“Mançester Siti” son 18 ilin antirekordunu qırıb
Salah Premyer Liqada daha bir rekorda imza atıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













