Məhəmməd Salah Premyer Liqada qolların sayına görə "Arsenal"ın sabiq hücumçusunu keçib
sizinxeber.az xəbər saytı

Məhəmməd Salah Premyer Liqada qolların sayına görə "Arsenal"ın sabiq hücumçusunu keçib


İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah Premyer Liqada vurduğu qolların sayına görə "Arsenal"ın sabiq hücumçusu Tyerri Anrini keçib.

"Report" "Opta Sport"a istinadən xəbər verir ki, bu İngiltərə çempionatının XXIII turunda "Liverpul"un "İpsviç"lə (4:1) matçında reallaşdırıb.

32 yaşlı misirli ön xətt oyunçusu qarşılaşmanın 35-ci dəqiqəsində qol müəllifi olub. Bu, futbolçunun Premyer Liqaa 176-cı qolu olub. M.Salah bununla da "Arsenal"ın sabiq üzvü T.Anrini (175) geridə qoymağı bacarıb və ən çox qol vuranların siyahısında yeddinci pilləyə yüksəlib.

Qeyd edək ki, İngiltərə Premyer Liqasında ən çox qol vuran futbolçuların siyahısına "Nyukasl" klubunun sabiq hücumçusu Alan Şirer (260) başçılıq edir. Hazırda "Bavariya"nın formasını geyinən Harri Keyn (213) ikincidir. İlk "üçlüy"ü "Mançester Yunayted"in keçmiş hücumçusu Ueyn Runi (208) qapayır.

Oxşar xəbərlər

Salah Premyer Liqa tarixində ən çox qol vuran futbolçular siyahısında 8-ci yerə yüksəlib
Məhəmməd Salah qol və assistlərin cəmində Tyerri Anrini geridə qoyub
Məhəmməd Salah Anrinin Premyer Liqadakı nailiyyətini geridə qoyub
"Arsenal"ın vingeri Tyerri Anrinin rekordunu qırıb
Məhəmməd Salah Premyer Liqada ən çox məhsuldar ötürmə verən 10-cu futbolçu olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər