Liqa 1 təmsilçisi Fransa millisinin qapıçısını heyətinə qatıb
sizinxeber.az xəbər saytı

Liqa 1 təmsilçisi Fransa millisinin qapıçısını heyətinə qatıb


Fransa Liqa 1 təmsilçisi "Renn" qapıçı Bris Sambanı transfer edib.

"Sizinxeber.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "qırmızı-qaralar" Fransa yığmasının qolkiperi ilə 4 illik müqavilə imzalayıb.

30 yaşlı əlcək sahibi son olaraq "Lans"ın formasını geyinib.

O, cari mövsüm 17 qarşılaşmada qapısından 17 qol buraxıb və 7 dəfə qapısını toxunulmaz saxlayıb.

Oxşar xəbərlər

Fransa Liqa 1 klubunun baş məşqçisi istefa verib
Yunanıstan klubu Fransa millisinin sabiq futbolçusunu transfer edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar