UEFA Konfrans Liqası: IV tura İstanbulda start verilib
sizinxeber.az xəbər saytı

UEFA Konfrans Liqası: IV tura İstanbulda start verilib


UEFA Konfrans Liqasının Liqa mərhələsində IV tura start verilib.

"Sizinxeber.az"un məlumatına görə, günün yeganə matçı Türkiyənin İstanbul şəhərində keçirilib.

"Başakşehir" doğma meydanda Moldova təmsilçisi "Petrokub"la 1:1 hesablı heç-heçəyə razılaşıb.

Hesabı 42-ci dəqiqədə penalti zərbəsindən Kşiştof Piontek açıb. Qonaqlar məğlubiyyətdən 90+6-cı dəqiqədə qaça biliblər. Lon Borş dəqiq zərbə müəllifi olub.

Qeyd edək ki, əvvəlki üç matçda bir heç-heçə edən İstanbul klubunun xallarının sayı 2-ə çatıb. "Petrokub" isə ilk xalını qazanıb.

Oxşar xəbərlər

UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turuna start verilib
UEFA Konfrans Liqasının Liqa mərhələsində I tura bu gün yekun vurulacaq
Konfrans Liqası: İstanbul klubunun rəqibləri bəlli olub
UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turuna bu gün start veriləcək
UEFA Konfrans Liqasının Liqa mərhələsi: Ermənistan klubu darmadağın olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər