Əli Əsədov “Barselona” prezidenti ilə birgə layihələrin keçirilməsini müzakirə edib
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov İspaniyanın “Barselona” futbol klubunun Prezidenti Xuan Laporta ilə görüşüb.
“Report” xəbər verir ki, görüşdə X.Laportanın Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-da iştirakının əhəmiyyəti vurğulanıb.
Azərbaycan futbolunun inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, dünyanın aparıcı futbol klublarından biri olan “Barselona” ilə birgə layihələrin həyata keçirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Görüşdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəf və iş adamı Adnan Əhmədzadə iştirak edib.
Oxşar xəbərlər
Əli Əsədov “Barcelona”nın prezidenti ilə görüşüb
"Barselona" klubunun prezidenti Zəfər parkını ziyarət edib
Əli Əsədov Anqolanın vitse-prezidenti ilə görüşüb
"Barselona"nın prezidenti: "Azərbaycanda olmaqdan məmnunam"
Ceyhun Bayramov NATO Baş katibinin köməkçisi ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











