UEFA "Ayaks" - "Makkabi" matçından sonra baş verən hadisələrlə bağlı araşdırmalara başlayıb
sizinxeber.az xəbər saytı

UEFA "Ayaks" - "Makkabi" matçından sonra baş verən hadisələrlə bağlı araşdırmalara başlayıb


UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda keçirilən "Ayaks" (Niderland) - "Makkabi" (Təl-Əviv, İsrail) matçından sonra baş verənlərlə bağlı araşdırmalara başlayıb.

"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Qurum həmçinin yaydığı bəyanatda baş verən insidentləri, zorakılıq aktlarını qətiyyətlə pislədiyini və müvafiq orqanların bu cür hərəkətlərə görə məsuliyyət daşıyan şəxsləri müəyyənləşdirəcəyini və onlara qarşı ittiham irəli sürəcəyinə ümidvar olduğunu bildirib. Bəyanatda mövcud sübutların araşdırılacağı və qiymətləndiriləcəyi açıqlanıb.

Qeyd edək ki, Niderland polisi tərəfindən Amsterdamda israilli azarkeşlərə hücumda şübhəli bilinən 62 nəfərin saxlanıldığı açıqlanıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, beş nəfər xəstəxanaya yerləşdirilib.

Oxşar xəbərlər

Amsterdamda israillilərə hücumda şübhəli bilinən 62 nəfər saxlanılıb - YENİLƏNİB
Amsterdamda futbol matçından sonrakı hücumda 10 israilli azarkeş xəsarət alıb
UEFA Avropa Liqası: "Qarabağ" və "Ayaks" komandalarının start heyətləri açıqlanıb
UEFA Avropa Liqası: Liqa mərhələsinin I turunda daha 8 oyun keçirilib
UEFA Avropa Liqası: "Qarabağ" - "Ayaks" oyunu başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər