Türkiyəli mütəxəssis: “İşğaldan azad olunmuş Xankəndinin adını layiqincə təmsil etmək istəyirik”
İşğaldan azad olunmuş Azərbaycan torpağının adını layiqincə təmsil etmək istəyirik.
Bunu "Report"a açıqlamasında yeni yaradılmış "Xankəndi" klubunun baş məşqçi postuna təyin olunacaq İbrahim Uzunca deyib.
O, AFFA Region Liqası təmsilçisi ilə yaxın günlərdə rəsmi müqavilə imzalayacaqlarını söyləyib:
“Xankəndi” klubunun rəhbərliy ilə danışdıq və hədəflərimiz üst-üstə düşdü. Xırda detallar dəqiqləşdikdən sonra müqavilə bağlayacağıq. İlk istəyimiz bu komandanı II Liqaya çıxarmaqdır. Mübarizə aparacağımız çempionat AFFA Region Liqası olsa da, peşəkar kollektiv yaradacağımıza inanıram. Xankəndi şəhəri Azərbaycanın ən möhtəşəm şəhərlərindən biridir. İşğaldan azad olunmuş Azərbaycan torpağının adını layiqincə təmsil etmək istəyirik. Belə bir şəhərin təmsilçisi olmaqdan qürur duyuram. Hədəf olmayan yerdə çalışmağı düşünmürəm”.
Təcrübəli mütəxəssis Azərbaycanda 17 ilə yaxın çalışdığını və ölkə futbolunda yetirmələrinin olduğunu bildirib:
“Azərbaycan futbolunda xidmətlərimiz olubsa, bu mənim üçün xoşbəxtlikdir. Amma şəxsən mənim 2 yetirməm var ki, bu gün Premyer Liqada çıxış edirlər. Onlardan biri “Araz-Naxçıvan”ın heyətində Azərbaycan millisinə dəvət alan Vadim Abdullayev, digəri “Sumqayıt”ın üzvü Vüqar Mustafayevdir. Onlar 17 yaşlarından etibarən mənim yanımda məşq ediblər. Mahir Emreli, Nurlan Novruzov, Şəhriyar Əliyev, Namik Ələsgərov kimi futbolçular bizim tələbələrimiz olublar”.
Qeyd edək ki, AFFA Region Liqasının 2024/2025 mövsümünün oktyabr ayı ərzində başlaması nəzərdə tutulub.
Oxşar xəbərlər
"Xankəndi" klubunun yeni baş məşqçisi türkiyəli mütəxəssis olacaq
"Xankəndi" klubunun rəsmisi: Bu komandanı yaratmaq və təmsil etmək bizim üçün fəxrdir
Türkiyəli mütəxəssis: “Azərbaycan millisinin baş məşqçisi olduğum üçün qürur duyuram”
Azərbaycanda işğaldan azad olunmuş ərazilərə xərcləmələr 1 milyard manatdan çox artırılır
"Aztelekom" Xankəndi və Xocalını internetlə təmin etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











