Antoni Marsyalın Yunanıstan klubuna keçidi rəsmiləşib
sizinxeber.az xəbər saytı

Antoni Marsyalın Yunanıstan klubuna keçidi rəsmiləşib


İngiltərənin "Mançester Yunayted" klubunun sabiq hücumçusu Antoni Marsyalın Yunanıstan təmsilçisi AEK-ə keçidi rəsmiləşib.

"Sizinxeber.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı fransalı futbolçu bu gün Afinaya gələcək və müqaviləyə imza atacaq.

Hücumçu bu yay "Mançester Yunayted"dən ayrıldıqdan sonra klubsuz idi. O, “qırmızı şeytanlar”ın heyətində meydana çıxdığı 317 oyunda 90 qol vurub.

Qeyd edək ki, A.Marsyal karyerası ərzində "Monako", "Sevilya" və "Lion" klublarında da çıxış edib. O, Fransa yığmasının heyətində 30 oyunda meydana çıxıb, 2 qol vurub. Forvard "Mançester Yunayted"in heyətində iki dəfə İngiltərə Kubokunu, eyni sayda İngiltərə Liqa Kubokunu qazanıb.

Oxşar xəbərlər

"Mançester Yunayted"in sabiq futbolçusu Yunanıstan klubuna keçə bilər
İngiltərə Liqa Kuboku: “Mançester Yunayted” rəqibinə 7 cavabsız qol vurub
"Fənərbağça" "Mançester Yunayted"də çıxış edən futbolçunu transfer edib
Ueyn Runi yenidən "Mançester Yunayted"in formasını geyinəcək
"Mançester Yunayted"in futbolçusu İtaliya klubuna keçəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər