Çempionlar Liqasının qalibi olan “Birbaşa Bakı” Polşadan vətənə qayıdıb
Polşanın paytaxtı Varşavada keçirilən Çempionlar Liqasının qalibi olmuş Azərbaycanın minifutbol üzrə “Birbaşa Bakı” komandası vətənə qayıdıb.
“Sizinxeber.az” xəbər verir ki, idmançıları daşıyan təyyarə 05:30-da Heydər Əliyev Beynəlxalq Aeroportunda .
Çempionu hava limanında Azərbaycan Minifutbol Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.
Xatırladaq ki, Dani Marius Mitunun yetirmələri Çempionlar Liqasının finalında Çexiyanın “Brno” komandasını minimal fərqlə üstələmişdilər – 2:1. Azərbaycan təmsilçisi finala gedən yolda Ukraynanın “Andezit” komandasının öhdəsindən gəlmişdi.
Qeyd edək ki, turnirdə Azərbaycanı “AzNur” və “Birbaşa Bakı” təmsil edirdilər. “AzNur” yarışda 1/8 finala qədər irəliləyib. Onu mübarizədən kənarlaşdıran “Birbaşa Bakı” olub.
Oxşar xəbərlər
Azərbaycan klubu Çempionlar Liqasının qalibi olub
Çempionlar Liqası: Azərbaycanın minifutbol komandaları növbəti matçlarını keçirəcəklər
Azərbaycanın minifutbol komandalarının Çempionlar Liqasındakı rəqibləri bəlli olub
Azərbaycanın minifutbol komandaları Çempionlar Liqasında üz-üzə gələcəklər
Çempionlar Liqası: "Birbaşa Bakı" 1/4 finala vəsiqə qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













